YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Ölkəmizin parlaq gələcəyi naminə

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 39 saylı Gəncə ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Pərvin Kərimzadənin Məhsəti qəsəbəsində və YAP Gəncə şəhər təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşləri YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov giriş nitqi ilə açaraq ümumxalq partiyasının 1 sentyabrda keçiriləcək parlament seçkilərinə ruh yüksəkliyi və qələbə əzmi ilə getdiyini bildirib.

Deputatlığa namizəd Pərvin Kərimzadə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş partiyanın Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni məqsədlərə doğru inamla addımladığını diqqətə çatdrıb. Pərvin Kərimzadə bildirib ki, ölkəmizin milli tərəqqinin yeni mərhələsinə qədəm qoyduğu bir vaxtda, Yeni Azərbaycan Partiyası üzərinə düşən vəzifələri, yeni çağırışları layiqincə yerinə yetirir: “Ölkəmızın ictimai-siyasi həyatına hər zaman yeniliklər gətirən Yeni Azərbaycan Partiyası fəaliyyəti ilə dövlətimizin inkişafına, yüksəlişinə, Heydər Əliyev ideyalarına sədaqətini, Ulu Öndərin müəyyən etdiyi strateji inkişaf kursunu əzmlə həyata keçirən Prezident İlham Əliyevin apardığı islahatlara töhfələr verib”.

Tədbirdə seçicilər çıxış edərək bildiriblər ki, YAP-ın namizədlərinə veriləcək səslər ölkəmizin parlaq gələcəyinə xidmət edəcək.

Qeyd edək ki, deputatlığa namizəd Pərvin Kərimzadə seçicilərlə fərdi görüşlər də keçirib.