YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

İnkişafın təminatçısı

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 18 saylı Nərimanov-Nizami-Binəqədi seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nizami Babaşov Nərimanov rayonu, E.İsaqzadə 1 və X.R.Ulutürk özütikililər küçəsindəki ünvanlarda yaşayan seçicilərlə məhəlli görüşlər keçirib.

Görüşlərdə deputatlığa namizəd Nizami Babaşov seçicilərə YAP-ın seçki platforması və qarşıda duran məqsədlər barədə ətraflı məlumat verib. Bildirib ki, Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməklə seçicilər Azərbaycan dövlətinin təməl prinsiplərini dəstəkləmiş olurlar.

Nizami Babaşov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə mühüm nailiyyətlər əldə edib: “Bu gün sıralarında 730 mindən çox üzvü birləşdirən YAP gücünü xalqın dəstəyindən alır. Bu partiyanın fəaliyyətində söykəndiyi ideologiya onu daim uğurlara aparır. Parlament seçkilərində YAP ilə rəqabət aparmaq gücündə olan siyasi təşkilat yoxdur”.

Görüşlər zamanı seçicilərə YAP tərəfindən hazırlanmış maarifləndirici təbliğat materialları paylanılıb.

Seçicilər seçki prosesində fəal iştirak edəcəklərini və partiyanın namizədlərini dəstəkləyəcəklərini bildiriblər.