YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

YAP gücünü xalqın dəstəyindən alır

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 101 saylı Samux-Şəmkir seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Mübariz Qurbanlının Samux rayonunun Alabaşlı, Qara-arx və Şəmkir rayonunun Könüllü kəndlərinin seçiciləri ilə görüşü keçirilib.

YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, Azərbaycanın bugünkü inkişafı ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik, düşmən üzərində qazanılan tarixi Zəfər və digər mühüm nailiyyətlər xalqın seçiminin doğru olduğunu göstərir.

Deputatlığa namizəd Mübariz Qurbanlı YAP-ın seçki platforması haqqında məlumat verib. O, Yeni Azərbaycan Partiyasının böyük uğurlara imza atdığını və qarşıda duran hədəfləri gerçəkləşdirmək əzmində olduğunu söyləyib. Bu gün sıralarında 730 mindən çox insanı birləşdirən YAP gücünü xalqın dəstəyindən alır. Qarşıdan gələn parlament seçkilərində partiyamızın möhtəşəm qələbə qazanacağı heç kimdə şübhə doğurmur.

Mübariz Qurbanlı çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.

Seçicilər 1 sentyabr – növbədənkənar parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar. Görüş zamanı həmçinin seçicilərin arzu və istəkləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, həmin gün deputatlığa namizəd Mübariz Qurbanlı bir neçə məhəllə görüşləri keçirib, Könüllü kəndində I və II Qarabağ müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib.