YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

YAP yeni qələbələrə doğru irəliləyir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 45 saylı Sumqayıt dördüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Naib Hacıyevin YAP Sumqayıt şəhər təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.

Görüşdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov Azərbaycan xalqının hər zaman Ümummilli Lider Heydər Əliyevin siyasi irsinə sadiq olduğunu və Yeni Azərbaycan Partiyasının bu günədək keçirilən bütün seçkilərdə inamlı qələbə qazandığını bildirib. O, YAP-ın müstəqil Azərbaycanın dünəninə, bu gününə və gələcəyinə xidmət edən alternativsiz partiya olduğunu vurğulayıb.

Çıxış edən deputatlığa namizəd Naib Hacıyev ölkəmizdə həyata keçirilən siyasətin uğurlu nəticələrindən danışıb. Qeyd edib ki, əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin davam etdirdiyi siyasi kurs Azərbaycana çox böyük uğurlar qazandırıb.

Seçiləcəyi təqdirdə görəcəyi işlər barəsində də məlumat verən namizəd Naib Hacıyev  vurğulayıb ki, deputatın ən əsas vəzifəsi ölkəmizin inkişafı üçün daha mütərəqqi, daha işlək qanunların qəbuluna çalışmasıdır.

Görüşdə çıxış edən təşviqat qrupunun üzvləri çıxış edərək vurğulayıblar ki, seçki prosesində fəal iştirak, eyni zamanda, məntəqələrə gedib səs verməyi də özündə ehtiva edir. İlk dəfə səs verəcək gənclərimiz isə daha fəal olmalıdırlar. Ona görə də, seçicilər səsvermə hüquqlarını reallaşdırmalı, hətta ətrafdakıları da bu prosesə cəlb etməlidirlər.

Sonra seçicilər Yeni Azərbaycan Partiyasının namizədinin seçki platforması ətrafında fikir mübadiləsi aparıblar, inam və etimad ünvanı olan YAP-ın namizədlərinə səs verəcəklərini əminliklə ifadə ediblər.