Seçki-2024
Zəfərimizin reallıqlarını yaşayırıq
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Əli Quliyev Yasamal rayonu, H.B.Zərdabi prospekti 131 ünvanında yaşayan seçicilərlə məhəlli görüş keçirib.
Çıxış edən deputatlığa namizəd Əli Quliyev YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, ölkəmizin yeni dövrdə əldə etdiyi uğurlardan və gələcək perspektivlərdən bəhs edərək bütün nailiyyətlərin əldə edilməsində Yeni Azərbaycan Partiyasının əvəzolunmaz rolunu vurğulayıb. Bildirib ki, parlament seçkiləri yeni dövrdə inkişaf və tərəqqidən irəli gəlir, hər bir vətəndaş bu seçkilərdə fəal iştirak etməlidir.
Əli Quliyev qeyd edib ki, bu gün böyük qürur hissi ilə tarixi Zəfərimizin reallıqlarını yaşayırıq, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı və sürətli bərpa-quruculuq işləri soydaşlarımızın mərhələ-mərhələ dogma yurd-yuvalarına qovuşması ilə diqqətdədir. O, deputat seçiləcəyi halda, öz üzərinə düşən bütün öhdəlikləri yerinə yetirəcəyinə dair söz verib.
Öz növbəsində çıxış edən seçicilər də parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.