YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Yeni dövrdə yeni Azərbaycan naminə

Sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 121 saylı Laçın seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Rövşən Muradov Bərdə və Tərtər rayonlarında məskunlaşmış laçınlı seçicilərlə görüşüb.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Görüşü giriş sözü ilə açan YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ölkəmizin sosial-iqtisadi tərəqqisinə, hərbi gücünə və müdafiə qabiliyyətinin yüksəlməsinə, beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə, milli və regional təhlükəsizliyin təmin olunmasına hədəflənmiş müstəqil və uzaqgörən siyasəti sayəsində istər ölkəmizdə, istərsə də bütövlükdə regionumuzda yeni reallıqlar yaranmış, qarşımızda yeni perspektivlər açılıb.

Deputatlığa namizəd Rövşən Muradov YAP-ın seçki platforması barədə məlumat verib. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasi strategiyasının məntiqi nəticəsi olaraq Azərbaycan güclənib, inkişaf edib, öz müstəqil xarici siyasət kursu ilə beynəlxalq nüfuzunu möhkəmləndirib.

Çıxış edən Sosialist Əməyi Qəhrəmanı Şərqiyə Vəliyeva, rayon ziyalıları Əsgər Əsayev, Vüqar Əsgərov və Yaşar Həsənov seçiciləri fəal olmağa, Yeni dövrə yeni Azərbaycan naminə YAP-ın namizədinə səs verməyə çağırıblar.