YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Düşünülmüş inkişaf konsepsiyası

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 16 saylı Yasamal ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Həbib Mirzəyevin YAP Yasamal rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.
 
Görüşü giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, Yeni Azərbaycan Partiyası ölkənin siyasi həyatının ən fəal və təşəbbüskar qüvvəsidir. Bildirib ki, cəmiyyətin avanqard siyasi qüvvəsi kimi YAP xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu siyasət uğurla davam etdirilir. O, seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və YAP-ın namizədinə səs verməyə çağırıb.
 
Çıxış edən deputatlığa namizəd Həbib Mirzəyev YAP-ın seçki platforması haqqında məlumat verib. Bildirib ki, Yeni Azərbaycan Partiyası ölkəmizdə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edir, müstəqil Azərbaycan dövlətinin yüksəlişindən, tərəqqisindən öz töhfələrini əsirgəmir: “YAP-ın gücü onun öz ideya yükünü, ölkənin gələcək inkişafı ilə bağlı konseptual baxışlarını modernləşdirə və dünya təcrübəsi ilə zənginləşdirə bilməsindədir. Bu baxımdan parlament seçkiləri ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayır”.
 
Görüşdə, həmçinin təşviqat qrupunun üzvləri Zahid Cəfərov, Şölət Zeynalov və Afaq Zeynalova çıxış edib. Onlar ölkəmizdə keçiriləcək seçkilərin əhəmiyyətindən bəhs ediblər. 
 
Seçicilər 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.
 
Qeyd edək ki, daha sonra Həbib Mirzəyev Yasamal rayonu, A.Sultanova küçəsi 24 ünvanında  yaşayan  seçicilərlə görüş keçirib.