Seçki-2024
Qələbələr və zəfərlər partiyası
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 55 saylı Siyəzən-Quba-Xızı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Müşfiq Məmmədlinin Siyəzən şəhərində və Beşdam kəndində seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Siyəzən rayon təşkilatının sədri Samir Baxşiyev çıxış edərək Yeni Azərbaycan Partiyasının növbəti parlament seçkilərinə böyük əzmlə getdiyini, bu dəfə də möhtəşəm qələbə qazanacağına inamını ifadə edib.
Daha sonra çıxış edən deputatlığa namizəd Müşfiq Məmmədli YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından danışıb. Müşfiq Məmmədli yenidən deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib.
Görüşlərdə çıxış edənlər uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və YAP-ın namizədinə səs verməyə çağırıblar.