YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Qürur duyuruq!

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 100 saylı Göygöl-Daşkəsən-Kəlbəcər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Kamran Bayramovun Daşkəsən rayonu, Kəmərqaya kəndinin, Daşkəsən, Quşçu və Quşçu Körpü qəsəbələrinin seçiciləri ilə və şəhidlərin ailə üzvləri, qazilər və müharibə veteranları ilə görüşləri keçirilib.

Görüşləri giriş sözü ilə açan YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev bildirib ki, zamanın tələbi və xalqın istəyi ilə yaranan, Ulu Öndər Heydər Əliyevin şah əsəri olan Yeni Azərbaycan Partiyası xalqın bütövlüklə dəstəyini alaraq Azərbaycanı dönməz inkişaf yoluna çıxarıb, hər zaman xalqımıza, dövlətimizə böyük qələbələr qazandırıb.

Çıxış edən deputatlığa namizəd Kamran Bayramov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Yeni Azərbaycan Partiyası xalqın iradəsinə əsaslanan uğurlu siyasətlə ümummilli maraqları reallaşdırır. Bildirib ki, Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ərzində bütün sahələr inkişaf edib, əhalinin rifah halı daha da yaxşılaşıb, ölkəmizin ərazi bütövlüyü tam təmin edilib və xalqa verilən vədlər bütünlüklə yerinə yetirilib.

Görüş iştirakçılarından Seymur Tağıyev, Səfər Məmmədov, Bülbül Pirimova, Ərşad Nəcəfov, şəhid anası Qızbəs Mürsəlova, şəhid atası Etibar Cəfərov və başqaları çıxış edərək seçiciləri ölkəmizin parlaq gələcəyi naminə YAP-ın namizədinə səs verməyə çağırıblar.

Öz növbəsində çıxış edən seçicilər YAP-ın namizədi Kamran Bayramova səs verəcəklərini bildiriblər.

Qeyd edək ki, deputatlığa namizəd Kamran Bayramov Daşkəsən rayonundakı Şəhidlər Xiyabanında şəhidlər Orxan Etibar oğlu Cəfərli və Rüstəm Üzeyir oğlu İsmayılovun doğum günü mərasimində iştirak edib, orada şəhidlərin ailə üzvləri, qazilər və müharibə veteranları ilə görüşüb. Şəhidlərimizin ruhuna dualar oxunub, məzarları üzərinə tər güllər düzülüb.

 Mərasimdə Kamran Bayramov xalqımızın Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsindən, torpaqlarımızın işğaldan azad olunmasından, həmçinin ölkəmizdə sözügedən kateqoriyadan olan vətəndaşlara göstərilən diqqət və qayğıdan geniş söhbət açıb.