YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Sumqayıt seçiciləri YAP-ın namizədlərini dəstəkləyir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 43 saylı Sumqayıt ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Tahir Mirkişili 10-cu mikrorayon ərazisində seçicilər ilə məhəlli görüşlər keçirib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin ideyaları Prezident İlham Əliyev tərəfindən ardıcıl surətdə reallaşdırılır. O, Azərbaycanda dövlətçiliyin qorunmasında, ölkəmizin tərəqqisində YAP-ın rolunu xüsusi vurğulayıb, seçkilərin əhəmiyyətindən bəhs edib.

Görüş zamanı Tahir Mirkişili Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin liderliyi ilə Azərbaycanın əldə etdiyi nailiyyətlərdən bəhs edib. O bildirib ki, Azərbaycan dinamik inkişaf yolunda inamla irəliləyir və statistik göstəricilər də bu reallığı təsdiqləyir.

Tədbirdə çıxış edən namizədin vəkilləri Anar Qasımlı və Könül Feyzi Prezident İlham Əliyevin uğurlu siyasəti və Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin davam etdirilməsi barədə danışıb, ölkənin sosial-iqtisadi inkişafı və əhalinin rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlardan danışıblar.

Sonda seçicilər sentyabrın 1-də yekdilliklə seçki məntəqələrinə gedərək YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.