YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Hədəflər böyük uğurlara yol açır

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 79 saylı Astara seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Rəşad Mahmudovun Astara rayonu, Təngərüd kənd Diyarşünaslıq evində seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov bildirib ki, parlament seçkilərində Azərbaycan xalqı yenidən Dahi Lider Heydər Əliyev yoluna sədaqətini ifadə edəcək, Prezident İlham Əliyevin ölkəmizə böyük uğurlar qazandıran müstəqil siyasətinə birmənalı dəstək verəcək. O, həmçinin qeyd edib ki, daim müstəqil Azərbaycanın daha da qüdrətlənməsi, çiçəklənməsi və müasirləşməsi istiqamətində ciddi səylər göstərən YAP seçki marafonuna qatıldığı şüarla bir daha tutduğu düzgün yola, siyasi xəttə sadiq olduğunu nümayiş etdirir.

Deputatlığa namizəd Rəşad Mahmudov bildirib ki, YAP ölkəmizdə milli həmrəyliyin yeni inkişaf mərhələsinin təcəssümünə çevrilib: “Bu partiyanın böyük ənənələri var. Yeni Azərbaycan Partiyası bundan sonra da Azərbaycanda gedən ictimai-siyasi proseslərin mərkəzində olacaq, ölkəmizin yüksəlişi, əhalinin rifahının yaxşılaşdırılması, milli həmrəyliyin gücləndirilməsi və sosial-iqtisadi islahatların uğurla reallaşdırılmasında mühüm rol oynayıb”.

Görüş iştirakçılarından Seyran Babayev, Rasim Qurbanov bildiriblər ki, Azərbaycan daha da güclənəcək, dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevriləcək. Onlar tarixi nailiyyətlərin davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədini dəstəkləməyə çağırıblar.

Seçicilər 1 sentyabr tarixində keçiriləcək seçkilərdə YAP-ın namizədinə səs verəcəklərini ifadə ediblər.