Seçki-2024
Məqsədyönlü yol
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 116 saylı Qəbələ seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ədilə Əliyeva Qəbələ şəhəri, Heydər Əliyev prospekti 42 ünvanında seçicilərlə məhəlli görüş keçirib.
Görüşdə deputatlığa namizəd Ədilə Əliyeva YAP-ın seçki platforması haqqında məlumat verib. Azərbaycanda müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış məsələlərindən bəhs edən Ə.Əliyeva bildirib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən həyata keçirilən siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ədilə Əliyeva bildirib ki, ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşların rifahı və mənafeyi dayanır. Qeyd edib ki, YAP-ın fəaliyyətinin əsas istiqamətini məhz dövlətin, cəmiyyətin inkişafı, onun qüdrətinin daha da artması təşkil edir. O, bugünkü inkişafın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.
Öz növbəsində çıxış edən seçicilər 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.