Seçki-2024
Uğurlu yolun davamı
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 108 saylı Ağstafa seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Gülgün Kərimovun Ağstafa rayonu, Poylu kəndində seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev bildirib ki, Yeni Azərbaycan Partiyası xalqın inam və etibarını qazanıb. Vurğulanıb ki, gələcək inkişaf konsepsiyasının uğurla icrası üçün parlament seçkilərində YAP-ın qələbəsi olduqca zəruridir. Qeyd olunub ki, xalqımız daim dövlətimizin başçısının ətrafında sıx birləşməli, Milli Məclisə keçiriləcək seçkilərdə bu möhtəşəm siyasətin davamına səs verməlidir.
Çıxış edən deputatlığa namizəd Gülgün Kərimov bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın dövlətçilik tarixində mühüm yerə, ölkəmizdə siyasi mədəniyyətin formalaşması və inkişafı prosesində əhəmiyyətli rola malikdir. Vurğulayıb ki, bu gün Azərbaycan dünyada sabitlik və təhlükəsizlik adası kimi tanınır.
O, seçiciləri Azərbaycanın gələcəyinə - dünənin, bugünün və sabahın partiyası olan Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə, birlikdə növbəti zəfərlərə doğru inamla addımlamağa çağırıb.
Təşviqat qrupunun üzvləri Şəfəq Heydərli, Hüseyn Hüseynov və Azadə Novruzova hər bir seçicini qarşıdan gələn parlament seçkilərində fəal olmağa, “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı altında YAP-ın namizədinə səs verməyə səsləyiblər.
Seçicilər 1 sentyabr seçkilərində fəal olacaqlarını və YAP-ın namizədinə səs verəcəklərini ifadə ediblər.