YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Missiya davam edir, ənənə yaşadılır

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 72 saylı Cəlilabad kənd seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Elman Nəsirov Cəlilabad rayonu, Edişə, Zəhmətabad, Abazallı, Məmmədrzalı və Mədətli kənd seçiciləri ilə məhəlli görüşlər keçirib.

Deputatlığa namizəd Elman Nəsirov Yeni Azərbaycan Partiyasının və müstəqil Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən, böyük xilaskarlıq missiyasından, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlardan, əldə olunan nailiyyətlərindən danışıb. Yeni Azərbaycan Partiyasının müstəqil Azərbaycanın dünəninə, bu gününə və gələcəyinə xidmət edən partiya olduğu vurğulanıb. Diqqətə çatdırılıb ki, hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin siyasi-iqtisadi və hərbi qüdrətinin, bütövlükdə milli gücünün artmasını təmin edib.

Seçicilər də öz növbəsində Azərbaycanın inkişafına, parlaq və işıqlı gələcəyinə - Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini deyiblər.

Elman Nəsirov deputat seçiciləcəyi təqdirdə seçicilərin etimadını doğrultmaq üçün böyük səylə çalışacağına söz verib.