YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Binəqədi seçiciləri YAP-ın namizədini dəstəkləyir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 9 saylı Binəqədi ikinci seçki dairəsindən namizədliyi irəli sürülmüş Kamaləddin Qafarovun müxtəlif ünvanlarda seçicilərlə görüşləri olub.

Görüşlərdə deputatlığa namizəd Kamaləddin Qafarov seçicilərin müraciətlərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb.

Deputatlığa namizəd bütün seçicilərini qarşıdan gələn seçkilərdə fəal iştirak etməyə və partiyanın namizədlərinə səs verməyə çağırıb.

Görüşlərdə seçicilərə YAP-ın seçki platforması haqda geniş məlumat verilib və maarifləndirici təbliğat materialları paylanılıb.