Seçki-2024
YAP qələbələr, uğurlar partiyasıdır!
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Anar Məmmədovun Ağdərə rayonu Kərəmli, Narınclar, Tərtər rayonu Qazyan,Yuxarı Qapanlı, Qaynaq və İsmayılbəyli kəndlərindən olan seçicilərlə görüşü keçirilib.
Tədbirləri YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov giriş sözü ilə açaraq YAP-ın Azərbaycanın siyasi həyatında əvəzsiz rolundan danışıb, partiyanın təkcə ölkəmizdə deyil, Qafqazda yüksək nüfuza malik olduğunu vurğulayıb. O, partiya sıralarının gündən-günə artmasının, sosial bazasının daha da möhkəmlənməsinin Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin siyasətinə dəstəyin bariz nümunəsi olduğunu deyib.
Sonra çıxış edən deputatlığa namizəd Anar Məmmədov YAP-ın seçki platforması haqqında seçicilərə ətraflı məlumat verib, Yeni Azərbaycan Partiyasının Azərbaycanın aparıcı siyasi qüvvəsi kimi bütün seçkilərdə qələbə qazandığını vurğulayıb.
Tədbir iştirakçılarından Elçin Cahangirov, Hafiz Ələkbərov, Amil Hüseynov və digərləri çıxış edərək 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.