YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Uğurlu inkişafın təsdiqi

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 44 saylı Sumqayıt üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Mehriban Vəliyevanın Sumqayıt şəhəri, 47 və 48-ci məhəllədə yaşayan seçicilərlə Tarix Muzeyində, 11-ci mikrorayon seçiciləri ilə yaşadıqları məhəllədə fərdi görüşlər keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatının sədr müavini  Cavid Məmiyev hüquqi və demokratik dövlət olan Azərbaycanda parlament seçkilərinin əhəmiyyətindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərindən, həyata keçirilən daxili və xarici siyasət kursunun uğurlu nəticələrindən danışıb. O, YAP-ın ölkəmizin tərəqqisində, müstəqil dövlətçiliyimizin əsaslarının möhkəmlənməsində tarixi rolu və misilsiz xidmətlərini qeyd edib.

O, deputatlığa namizəd Mehriban Vəliyeva haqqında seçicilərə məlumat verib.

Çıxış edən deputatlığa namizəd Mehriban Vəliyeva bildirib ki, Prezident İlham Əliyevin güclü siyasi iradəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olunub, üçrəngli dövlət bayrağımız bütün ərazilərimizdə ucaldılıb: “Hazırda ölkəmiz regionda iqtisadi inkişafına görə lider ölkə olmaqla yanaşı, sabitlik və təhlükəsizlik adası olaraq tanınır. Ölkəmizdə dövlətin və cəmiyyətin təhlükəsizliyinin təmin edilməsi prioritet olan hədəflərdəndir”.

Tədbirdə, həmçinin görüş iştirakçılarından Ofeliya Babayeva, Pərvanə Hacıyeva, şəhid atası Sovet Şükürov və digərləri çıxış ediblər. Onlar seçiciləri dünənin, bu günün və gələcəyin partiyası olan YAP-ın namizədinə səs verməyə çağırıblar.

Seçicilər 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.

Qeyd edək ki, Mehriban Vəliyeva daha sonra Vətən müharibəsi şəhidləri Vüqar Məmmədovun və Elvin  Novruzovun  ailəsini ziyarət edib.