Seçki-2024
Milli maraqlara əsaslanan siyasətin davamına səs verək!
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 72 saylı Cəlilabad kənd seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Elman Nəsirovun Cəlilabad rayonu, Türkelli, Pərdi, Lallar, Mirzəli və Babalı kənd seçiciləri ilə məhəlli görüşləri keçirilib.
Görüşlərdə deputatlığa namizəd Elman Nəsirov Azərbaycan dövlətinin uğurlu daxili və xarici siyasət kursundan danışıb. O, milli iqtisadiyyatımızın inkişafı üzrə strateji yol xəritəsinə uyğun olaraq yaxın illərdə qarşıya qoyulan vəzifələri seçicilərə izah edib, onları parlament seçkilərində fəal iştirak etməyə çağırıb.
E.Nəsirov bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbələr Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasını təmin edib. Bildirib ki, yeni dönəmdə görülən işlər ölkəmizin sosial-iqtisadi tərəqqisinə, hərbi gücünün yüksəlməsinə, beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə xidmət edir. Yeni reallıqlar şəraitində milli tərəqqiyə hədəflənən siyasət nəticəsində qarşımızda yeni perspektivlərin açıldığı qeyd olunub.
Seçicilər Yeni Azərbaycan Partiyasının siyasi kursunu bundan sonra da dəstəkliyəcəklərini bildiriblər.
Xoş münasibətə və dəstəyə görə seçicilərə təşəkkür edən Elman Nəsirov deputat seçiciləcəyi təqdirdə bundan sonra da onların etimadını doğrultmaq üçün var gücü ilə çalışacağını bildirib.