YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Məqsədlər reallığa çevrilib

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 50 saylı Abşeron üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ramid Namazovun Abşeron rayonu, Digah qəsəbəsində və Məmmədli kəndində seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yüksələn xətlə inkişaf etdiyini, bütün sahələrdə böyük uğurlar qazanaraq tək Cənubi Qafqazın deyil, Qərblə Şərqin qovşağında yerləşən böyük bir bölgənin ən nüfuzlu dövlətlərindən birinə çevrildiyini diqqətə çatdırıb.

Deputatlığa namizəd Ramid Namzov qeyd edib ki, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq siyasi müstəvidə nüfuzu günbəgün artır: “Ölkəmiz artıq dünyanın super dövlətləri arasında baş verən münaqişələrin nizamlanmasında öz sözünü deyə bilir. Bu da onu təsdiq edir ki, Azərbaycan tarixdə heç zaman Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdəki kimi qüdrətli, güvənli olmayıb”.

Təşviqat qrupunun üzvü Əbülfət Nuruyev  və digərləri bugünkü müasir və inkişaf yolunda qətiyyətlə addımlayan Azərbaycana baxdıqca qürurlandıqlarını bildiriblər. Onlar seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.

Seçicilər də öz növbəsində YAP-ın namizədi Ramid Namazova səs verəcəklərini vurğulayıblar.

Qeyd edək ki, Ramid Namazov həmçinin, Saray qəsəbəsində şəhid Vidadi Nizami oğlu Zalovun  ailəsini ziyarət edib.