YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Qələbələr partiyası yenə qalib gələcək

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 104 saylı Gədəbəy seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Sevinc Hüseynovanın Gədəbəy rayonu Heydər Əliyev Mərkəzində seçicilərlə  növbəti görüşü keçirilib.  

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasi strategiyasının məntiqi nəticəsi olaraq Azərbaycan güclənib, inkişaf edib, öz müstəqil xarici siyasət kursu ilə beynəlxalq nüfuzunu möhkəmləndirib: “Bu gün də uğurlarımız ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ardıcıl şəkildə davam edir. Bütün dünya Azərbaycanın əldə etdiyi nailiyyətləri görür və təqdir edir”.

Çıxış edən deputatlığa namizəd Sevinc Hüseynova əvvəlcə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə davam edən YAP-ın təşviqat kampaniyası və seçki platforması haqqında ətraflı məlumat verib. O, bildirib ki, bu gün torpaqlarını düşmən tapdağından azad edərək suverenliyini bərpa edən Azərbaycan çox məsuliyyətli dövrə qədəm qoyub: “Milli Məclisə növbədənkənar seçkilər Azərbaycanın hər bir vətəndaşı üçün yeni, gələcəyə olan ümidlərin daha da artdığı bir mərhələdir. Bu mərhələdə ən böyük məqsəd Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş nəticələri düzgün qiymətləndirmək, uğurları daha da möhkəmləndirmək və yeni zirvələri fəth etməkdir”.

Deputatlığa namizəd seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.

Çıxış edən təşviqat qrupunun üzvü Pərviz Bayramov və Rüfət İmamquliyev seçiciləri fəal olmağa, yeni uğurlara imza atmaq üçün YAP-ın namizədinə səs verməyə çağırıb.

Görüşdə seçicilər Raifə Musayeva, Səkinə Hüseynova, və digərləri çıxış edərək yeni dövrə yeni Azərbaycanla gedəcəklərini, YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.

Qeyd edək ki, deputatlığa namizəd seçicilərlə fərdi görüşlər də keçirib.