YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

YAP-ın qələbəsi labüddür

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 41 saylı Gəncə-Samux-Goranboy seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Müşfiq Cəfərovun YAP Samux rayon təşkilatının qərargahında şəhid ailələrinin üzvləri, həmçinin müharibə veteranları və iştirakçıları olan seçicilərlə görüşü keçirilib.

Əvvəlcə, görüş iştirakçıları rayonun mərkəzində şəhidlərimizin əziz xatirəsinə ucaldılmış “Şəhidlər Kompleksi”ni  ziyarət edərək  gül dəstələri qoyublar.

Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Azərbaycanın tərəqqisinə layiqli töhfələr verən Yeni Azərbaycan Partiyasının qazandığı nailiyyətlərdən bəhs edib. Təşkilat sədri qeyd edib ki, Heydər Əliyev ideyaları əsasında öz fəaliyyətini uğurla davam etdirən YAP ölkəmizin və regionun ən böyük siyasi partiyası kimi aparıcı rola malikdir.

Sonra deputatlığa namizəd Müşfiq Cəfərov çıxış edərək YAP-ın seçki platforması barədə məlumat verib. Bildirib ki, Azərbaycanın dünəninin, bugününün və gələcəyinin əsası olan Heydər Əliyev ideyaları müasir müstəqil Azərbaycanın inkişaf yolunu müəyyənləşdirən mayakdır. Dövlət müstəqilliyinin bərpasının ilk illərinin xaosundan, anarxiyasından, iqtisadi böhranından xilas olan Azərbaycan 1993-cü ildən bu günədək  dünyanı heyrətləndirən uğurlara imza atıb. Namizəd vurğulayıb ki, tarixi zəfərimiz bu uğurların zirvəsində dayanır.

Görüşdə şəhid ataları İlham Məmmədzadə və Hidayət Şəfiyev, təşviqat qrupunun üzvü Mirzəmməd Orucov, seçici İlham Məmmədov və digərləri çıxış edərək YAP-ın Azərbaycan xalqının böyük inam və etimadını qazandığını, ümumxalq və qələbələr partiyasına çevrildiyini söyləyiblər. Onlar uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.

Çıxış edən seçicilər isə 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.