YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Yevlax seçiciləri YAP-ın namizədini dəstəkləyirlər

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 52 saylı Yevlax seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş İlham Məmmədovun YAP Yevlax rayon təşkilatının qərargahında seçicilər ilə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranmış Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin Sədrliyi ilə şanlı tarix yazır: “Biz isə nümunəvi vətəndaş kimi məhz güclü Sərkərdə, qətiyyətli dövlət başçısı İlham Əliyevin hər zaman yanında olmalıyıq”.

Daha sonra çıxış edən deputatlığa namizəd İlham Məmmədov qeyd edib ki, o, Yeni Azərbaycan Partiyasının namizədi olaraq parlament seçkilərində iştirak etdiyi üçün çox qürurludur: “Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə saysız-hesabsız uğurlara imza atmaqdadır və sübuta yetirir ki, YAP xalqın qələbələr partiyasıdır”. İ.Məmmədov seçiciləri qalib xalqın qələbələr partiyasını - Yeni Azərbaycan Partiyasını dəstəkləməyə çağırıb .

Çıxış edən seçicilər də öz növbəsində 1 sentyabr - parlament seçkilərində fəal iştirak edəcəklərini, davamlı uğurlar naminə Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini diqqətə çatdırıblar.

Qeyd edək ki, həmin gün İlham Məmmədov Malbinəsi kəndində və rayonun S.Musayev küçəsində də bir qrup seçici ilə görüş keçirib.