YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Qələbələrdən qələbəyə

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 115 saylı Şəki kənd seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Niymət Yusibovun Şəki rayonu, Turan qəsəbəsində seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov bildirib ki, Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Qeyd edib ki, bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirməsi nəticəsində ölkəmiz tarixi nailiyyətlərə imza atır.

O, deputatlığa namizəd Niymət Yusibov haqqında seçicilərə məlumat verib.

Çıxış edən deputatlığa namizəd Niymət Yusibov YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, Yeni Azərbaycan Partiyasının Azərbaycanın dövlətçilik tarixində mühüm yerə malik olmasından bəhs edib. Vurğulayıb ki, Azərbaycan bu gün hər sahədə inkişaf, tərəqqi dövrünü yaşayır.

Azərbaycanın inkişafının hər zaman təqdir olunduğunu bildirən N.Yusibov diqqətə çatdırıb ki, budəfəki parlament seçkiləri ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsi ilə əlamətdardır.

Seçicilər parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləyəcəklərini bildiriblər.