Seçki-2024
Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verək!
2024-cü il sentyabr ayının 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 5 saylı Babək-Naxçıvan-Culfa seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ülviyyə Həmzəyeva Naxçıvan şəhəri Qaraxanbəy kəndində seçicilərlə görüş keçirib.
Görüşdə çıxış edən deputatlığa namizəd Ülviyyə Həmzəyeva əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən öz prinsiplərini qoruyur. YAP öz potensialı, real addımları və bacarıqlı kadrları ilə xalqa xidmət edir. Partiyanın gücü onun siyasi proseslərdəki mühüm rolu, iştirakı və qələbəsi ilə ölçülür. YAP-ın gücü onun ideologiyasındadır.
Ülviyyə Həmzəyeva çıxışında seçiciləri ona səs verəcəkləri təqdirdə, hər birinin səsi olacağına söz verib, parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
Görüşdə tədbir iştirakçılarından Qəhrəman Tağıyev çıxış edərək partiyanın hər zaman bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını vurğulayıb və YAP-ın bu dəfə də möhtəşəm qələbə qazanacağına inamını ifadə edib.
Öz növbəsində çıxış edən seçicilər Malik Qənbərov, Tovuz Adıgözəlova və digərləri YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.
Görüşdə deputatlığa namizəd Ülviyyə Həmzəyeva seçicilərin müraciətlərini və təkliflərini dinləyib, onların suallarını cavablandırıb.
Qeyd edək ki, deputatlığa namizəd Naxçıvan şəhər Qaraxanbəyli kəndində şəhid Pərviz Məmmədzadənin ailəsini ziyarət edib.