YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

YAP qələbələr partiyasıdır

  2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən  6 saylı  Ordubad-Culfa seçki  dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Vüqar Rəhimzadənin Culfa rayonunun Ərəfsə, Ləkətağ və Boyəhməd kəndlərindən olan seçicilərlə və ilk dəfə səs verəcək gənclərlə görüşləri keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşlərdə YAP Culfa rayon təşkilatının sədri Qadir İbrahimov bildirib ki, artıq çağdaş dünya tarixinə ən mükəmməl hərbi əməliyyatlar dövrü kimi düşən 44 günlük İkinci Qarabağ savaşında qazandığımız möhtəşəm Qələbə sayəsində 30 ilin torpaq həsrətinə son qoyuldu, ərazi bütövlüyümüz bərpa olundu, dünya bir daha Azərbaycanın hansı imkanlara malik olduğuna şahidlik etdi. Vətən müharibəsində Azərbaycan xalqı yenilməz, məğrur xalq olduğunu  bütün dünyaya nümayiş etdirdi.   Bu gün 30 ilə yaxın düşmən tapdağı altında qalan həmin ərazilərimiz tarixi sahiblərinə qovuşduqları üçün sevinclidir, qürurludur. Mənfur düşməndən təmizlənmiş cənnət Qarabağımızda, Şərqi Zəngəzurumuzda  artıq yeni həyat başlayıb.

Qadir İbrahimov deputatlığa namizəd Vüqar Rəhimzadə haqqında seçicilərə məlumat verib.

Deputatlığa namizəd Vüqar Rəhimzadə  qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin yaratdığı möhkəm təməl üzərində ölkəmizi zirvələrə yüksəldən Prezident İlham  Əliyevin  qətiyyətlə qeyd etdiyi kimi,  bugünkü Azərbaycan Ulu Öndərin görmək istədiyi Azərbaycan kimi inkişaf edir, dahi rəhbərin qoyduğu yolla gedir, güclənir, möhkəmlənir və çox güclü regional amilə çevrilir. Son 20 ildən artıq dövrdə  Heydər Əliyev siyasətinə sadiqliyini hər addımında təsdiqləyən Prezident İlham Əliyev yeni idarəçilik sistemi yaratmaqla, təkmil islahatlar həyata keçirməklə, dünyanın hər bir yeniliyinin Azərbaycanda tətbiqinə səy göstərməklə ölkəmizi daha da qüdrətləndirdi, beynəlxalq nüfuzunu artırdı, sözünün imzası qədər dəyəri olduğunu nümayiş etdirdi. Dövlətimizin başçısı  yeni-yeni hədəfləri gerçəkliyə çevirməklə Azərbaycanın  dünyanı heyrətləndirən hazırkı reallıqlarını yaratdı. Nəticədə Azərbaycan dünyanın ən islahatçı ölkələri, xalqımız ən xoşbəxt xalqları sırasında qərarlaşdı. Bu gün bu uğurların zirvəsində dayanan tarixi Zəfərimizin, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsinin ölkəmizin qarşısında açdığı perspektivlərdən danışırıq. Yeni Azərbaycan Partiyasının “Yeni dövrə yeni Azərbaycanla!” şüarı altında seçki platforması uğurlarımızın və hədəflərimizin  nümayişidir.

Deputatlığa namizəd  seçiciləri seçkilərdə fəal olmağa çağırıb.

Tədbirlərdə çıxış edən Yeni Azərbaycan Partiyasının Culfa rayon təşkilatı üzrə Təşviqat Qrupunun üzvü Ədalət Əhmədov, Ərəfsə kəndindən Ehtiram Süleymanov, həmin kəndin ağsaqqalı Bəylər Qafarov, Boyəhməd kəndindən Yadulla Novruzov, Ləkətağ kəndindən Aslan Quluyev, Ərəfsə kəndindən Qənirə Cəfərova, Ərəfsə kənd ağsaqqalı Mikayıl Mikayılov, Ərəfsə kəndindən Elçin Nəcəfov,  Boyəhməd kəndindən Zakir Hüseynov,  gənc seçicilərdən Bənənyar kəndindən Ramiyə Abbasova və Əfsanə Qəribova, Qazançı kəndindən Təbriz Qurbanov, Kırna kəndindən Həbibə Vəliyeva, Göydərə kəndindən Emil Vəliyev, Xoşkesin kəndindən Rəqsanə Qurbanova vurğulayıblar ki,  xalq Yeni Azərbaycan Partiyasına böyük  inam və etimad göstərir. YAP-ın qələbələr partiyası kimi nüfuz qazanması bunun bariz nümunəsidir.

Çıxış edənlər seçiciləri 1 sentyabr-parlament seçkilərində  yüksək fəallıq nümayiş etdirməyə, səsləri ilə  dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyasının namizədini  dəstəkləməyə çağırıblar.