YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

İslahatların daimi aparılması əsas çağırışlardandır

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar parlament seçkilərinin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 110 saylı Balakən seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nəsib Məhəməliyevin Balakən rayonu, Meşəşambul və Qazma kənd seçiciləri ilə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Balakən rayon təşkilatının sədri Azad Balayev bildirib ki, qısa zamanda xalqı ətrafına toplayaraq iqtidar partiyasına çevrilən Yeni Azərbaycan Partiyası, eyni zamanda, ölkədə demokratiyanın inkişafında aparıcı qüvvə kimi özünü təsdiqləyib və Azərbaycanın müstəqilliyinin təminatçısı kimi özünü doğruldub.

Deputatlığa namizəd Nəsib Məhəməliyev Yeni Azərbaycan Partiyasının seçki platforması barədə məlumat verib. O, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Liderliyi ilə Azərbaycanın əldə etdiyi möhtəşəm uğurlardan bəhs edib. Vurğulayıb ki, cənab İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan sürətlə inkişaf edib və ərazi bütövlüyünü bərpa edərək milli gücünü artırıb.

Təşviqat qrupunun üzvü Rəşid Musayev, seçicilər Əkrəm Eminov, Vaqif Əliyev, Qafar Qafarov, Nəzakət Qazaxova və digərləri seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar. Onlar YAP-ın bu gün cəmiyyətdə artan nüfuzundan, xalqın inamından və etimadından bəhs ediblər.

Seçicilər arzu və istəklərini səsləndiriblər, 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.