YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Yeni zirvələrə birlikdə addımlayaq

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 82 saylı İmişli-Saatlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Səyyad Salahlının İmişli rayonunun Rəsullu, Yalavac və Məhəmmədli kənd seçiciləri ilə görüşü keçirilib.

Görüşlərdə çıxış edən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, müasir Azərbaycan reallığı Ümummilli Lider Heydər Əliyevin adı, məqsədyönlü və uzaqgörən siyasəti, əbədiyaşar ideyaları və zəngin dövlətçilik irsi ilə bağlıdır.

Deputatlığa namizəd Səyyad Salahlı isə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O bildirib ki, parlament seçkiləri suverenliyini tam təmin etmiş Azərbaycanın əhəmiyyətli və taleyüklü dövrünə təsadüf edir: “Artıq Azərbaycan güclü dövlətə çevrilib, regionda və dünyada öz sözünü deyir. Eyni zamanda, ölkəmizdə ötən illər ərzində çox böyük işlər görülüb. Hazırda Prezident İlham Əliyevin təşəbbüsü ilə mühüm islahatlar həyata keçirilir. İctimai həyatın elə bir sahəsi yoxdur ki, orada islahatlar getməsin və müsbət dəyişikliklər olmasın”.

Görüşdə çıxış edənlər – Əlimirzə Şirinov, Cəlal Cəbrayılov və başqaları ölkədə keçirilən hər bir seçkidə olduğu kimi, qarşıdan gələn parlament seçkilərində də YAP-ın qələbə qazanacağına əminliklərini bildiriblər. “Yeni Azərbaycan Partiyasına bir daha etimad göstərək - yeni zirvələrə birlikdə addımlayaq”, - deyə çağırış edilib.

Seçicilər sentyabrın 1-də YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.