YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Qusarlılar YAP-ın namizədinə səs verəcək

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 61 saylı Qusar seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Azər Badamovun YAP Qusar rayon təşkilatının qərargahında gənclərlə, o cümlədən idmançılarla görüşü keçirilib.

Əvvəlcə  Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov qeyd edib ki, ölkəmizdə gənclərin hərtərəfli inkişafı, onların düzgün yetişdirilməsi, vətənpərvərlik və milli-mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyəsi Prezident İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlanılır. Təşkilat sədri Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, görülən işlərdən, regionda və dünyada əldə olunan uğurlardan da bəhs edib.

Çıxış edən deputatlığa namizəd Azər Badamov YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, Yeni Azərbaycan Partiyasının böyük uğurlara imza atdığını və qarşıda duran hədəfləri reallaşdırmaq əzmində olduğunu söyləyib: "Sıralarında 730 mindən çox üzvü birləşdirən YAP öz gücünü xalqın etimadından və dəstəyindən alır. Ona görə də partiyamızın növbəti seçkilərdə də möhtəşəm qələbə qazanacağı şübhəsizdir”.

Tədbirdə çıxış edən təşviqat qrupunun üzvü Neva Abdurahmanova, gənc seçicilərdən Svetlana Mirzəyeva, Fərid Mirzəbəyov parlament seçkilərində gəncləri fəal olmağa və ən layiqli namizədə səs verməyə dəvət ediblər.

Gənclər də öz növbəsində YAP-ın namizədini dəstəkləyəcəklərini bildiriblər.

Həmin gün deputatlığa namizəd Azər Badamovun rayonun Qirik və Ləçət kəndlərində məhəllə görüşləri baş tutub.