YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Yeni Azərbaycan Partiyası zəfərlər partiyasıdır!

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 46 saylı Sumqayıt beşinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Elnarə Akimovanın YAP Sumqayıt şəhər təşkilatının qərargahında şəhid ailələri, qazilər və müharibə veteranları ilə görüşü keçirilib.

Görüşdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov Vətənimizin bütövlüyü uğrunda canlarını qurban vermiş oğullarımızla xalqımızın hər zaman qürur duyduğunu bildirib. Onun sözlərinə görə, xalqımız şəhidlərimizi daim böyük ehtiramla anır, onların ailələrinə xüsusi hörmətlə yanaşır. R.Hüseynov bildirib ki, dövlətimizin siyasətində şəhid ailələrinə diqqət və qayğı mühüm yer tutur.

Deputatlığa namizəd Elnarə Akimova isə qeyd edib ki, Vətən müharibəsi və sonrakı dövr ərzində ölkə başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev özünü dahi ictimai-siyasi xadimdən əlavə həm də bacarıqlı Sərkərdə kimi göstərib. Onun rəhbərliyi ilə düşmən üzərində Böyük Zəfər qazanılıb. E.Akimova qeyd edib ki, qazanılan Qələbədə Ordumuzun əsgər və zabitlərinin qəhrəmanlığı, şəhid və qazilərimizin şücaəti xüsusi qeyd edilməlidir. Biz döyüşlərdə şəhid olmuş Vətən övladlarımızın ruhu qarşısında baş əyir, onlara Ulu tanrıdan rəhmət diləyirik. Şəhid ailələri ilə yanaşı qanlı döyüşlərdə yaralanan qazilərimiz də daima dövlət qayğısı ilə əhatə olunub.

Çıxış edən təşviqat qrupunun üzvləri ölkəmizdə keçiriləcək seçkilərin əhəmiyyətindən bəhs ediblər. Onlar seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.

Görüşdə şəhid ailələrinin üzvlərinin sual və təklifləri dinlənilib. 

Çıxış edən şəhid ailələri onlara xüsusi diqqət və qayğı ilə yanaşan Yeni Azərbaycan Partiyasına minnətdarlıqlarını bildiriblər və 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini əminliklə ifadə ediblər.

Qeyd edək ki, deputatlığa namizəd E.Akimova Vətən müharibəsi iştirakçısı Həsən Yaqubovun ailəsini ziyarət edib və 41-ci məhəllə sakinləri ilə görüş keçirib.