YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Yeni qələbələr naminə...

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş İmamverdi İsmayılovun  Zəngilan rayon seçiciləri ilə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

 Görüşü giriş sözü ilə açan YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə YAP-ın seçkilərə yüksək səviyyədə hazırlaşdığını qeyd edib. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb.

Çıxış edən deputatlığa namizəd İmamverdi İsmayılov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Bildirib ki, bütün sahələri əhatə edən çoxşaxəli islahatlar müasir çağrışlara və reallıqlara uyğun olaraq həyata keçirilir. Bunun nəticəsi olaraq Azərbaycanın müstəqil siyasət yürüdən, özünəməxsus inkişaf yolu olan islahatçı ölkə kimi tanındığı vurğulanıb.

 Həmçinin, təşviqat qrupunun üzvü Oktyabr İsgəndərov seçiciləri ölkəmizin xoşbəxt və parlaq gələcəyi naminə YAP-ın namizədinə səs verməyə çağırıb.

Seçicilər “Yeni dövrə Yeni Azərbaycanla!” naminə YAP-ın namizədinə səs verəcəklərini birmənalı şəkildə ifadə ediblər.