YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

İnkişaf və tərəqqi siyasəti

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 33 saylı Xətai birinci   seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Yengibar Əliyevin Xətai rayon seçiciləri ilə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədr müavini Vüqar Hüseynov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu, məqsədyönlü daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, həm milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır. Qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi,  ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması zəngin dövlətçilik tariximizin ən qürurlu səhifəsidir.

Vüqar Hüseynov deputatlığa namizəd Yengibar Əliyev haqqında seçicilərə məlumat verib.

Deputatlığa namizəd Yengibar Əliyev Azərbaycanın demokratik inkişafından, seçkilərin azad, şəffaf və beynəlxalq standartlara uyğun keçirilməsi istiqamətində göstərilən səylərdən, bütün namizədlərə bərabər şəraitin yaradılmasından geniş bəhs edib. Bildirib ki, zəngin ənənələrə malik olan Yeni Azərbaycan Partiyası seçkilərə böyük qələbə əzmi ilə qatılıb.

Y.Əliyev seçiciləri növbədənkənar parlament seçkilərində fəal olmağa və ən layiqli namizədə səs verməyə çağırıb.

Təşviqat qrupunun üzvləri Asif Məcidov, Tahir Ağayev, seçici Rafiq Nəcəfov Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir, müstəqil Azərbaycanın, həmçinin onun yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan bəhs ediblər.