YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Hədəflər reallıqda öz əksini tapır

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 14 saylı Xəzər-Pirallahı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Vüsalə Rəsulovanın Pirallahı rayonu, Gənclər Mərkəzində seçicilərlə görüşü keçirilib.

Görüşdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov bildirib ki, Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyev yolu ilə irəliləyərək çox böyük və şərəfli yol keçib. Qeyd edib ki, cəmiyyətin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu siyasət hazırda uğurla davam etdirilir.

E.Abasov çıxışı zamanı qeyd edib ki, öz ideoloji prinsiplərini cəmiyyətimizin birliyi, bütövlüyü və həmrəyliyi üzərində quran Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə bu mühüm tarixi missiyanın öhdəsindən uğurla gəlib: “YAP Pirallahı rayon təşkilatı ən gənc rayon təşkilatı olmasına baxmayaraq, əldə etdiyi naliyyətlərlə partiyanın ümumi işinə öz töhfəsini verməkdədir. Ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində, sosial şəbəkələrdə aparılan təbliğat işlərində, gənclərin siyasi maarifləndirilməsində Pirallahı rayon təşkilatı hər zaman fəallıq nümayiş etdirir”.

Deputatlığa namizəd Vüsalə Rəsulova YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, çıxışı zamanı seçiciləri ilə keçirdiyi hər bir görüşün onda müsbət təəssürat yaratdığını vurğulayıb. Eyni zamanda, ona etimad göstəriləcəyi təqdirdə, həmin istiqamətdə fəaliyyətini layiqincə davam etdirəcəyini vurğulayan V.Rəsulova bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqqi siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və həmin siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır.

Görüş iştirakçılarından Fəranə Gözəlova, Arzu Cahangirova və digərləri çıxış ediblər. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası öz qarşısında duran vəzifələri böyük uğurla həyata keçirir.