Seçki-2024
İnkişafımız davamlıdır
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Samir Vəliyevin seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov seçicilərə partiyanın seçki platforması haqqında ətraflı məlumat verib. O, ölkəmizdə həyata keçirilən siyasət nəticəsində bütün sahələrdə uğurların əldə edildiyini bildirib.
Çıxış edən deputatlığa namizəd Samir Vəliyev isə bildirib ki, partiyanın Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində dövlətimiz yeni inkişaf mərhələsinə qədəm qoyub: “Aparılan uğurlu islahatlar nəticəsində dövlətimiz gündən-günə inkişaf edir, iqtisadiyyatımız güclənir, insanların rifah halı yaxşılaşır. Təbii ki, bütün bunlara görə, Prezident İlham Əliyevə təşəkkür edirik. Şübhə yoxdur ki, bu inkişaf qarşıdakı illərdə daha da artacaq”.
Çıxış edən tədbir iştirakçıları Qabil Qafarov, Elşad Məmmədov və digərləri ölkənin tərəqqisi, gələcək inkişafı və firavanlıq naminə qarşıdan gələn parlament seçkilərində də hər kəsi YAP-ın namizədlərini dəstəkləməyə çağırıblar.
Qeyd edək ki, deputatlığa namizəd Samir Vəliyev Nərimanov rayonu, M. Sənani, F. X. Xoyski pr, Akademik Həsən Əliyev küçələrindəki ünvanlarda yaşayan seçicilərlə məhəlli görüşlər də keçirib.