Seçki-2024
Doğru seçim...
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 27 saylı Sabunçu ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Səbinə Qasımovanın seçicilərlə görüşü keçirilib.
YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında məlumat verib. Bildirib ki, YAP-ın məqsədyönlü fəaliyyəti xalq tərəfindən həmişə dəstəklənib. Vurğulanıb ki, ölkəmizin uğurlu inkişafı aparılan məqsədyönlü siyasətin alternativinin olmadığını təsdiqləyir.
Deputatlığa namizəd Səbinə Qasımova Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlərdən bəhs edib. Bildirib ki, YAP şərəfli inkişaf yolu keçərək böyük müvəffəqiyyətlər qazanıb. Qeyd edib ki, cəmiyyətin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə layiqli töhfələr verəcəkdir.
S.Qasımova seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.
Seçicilər isə xalqın partiyası olan YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar. “Yeni Azərbaycan Partiyasına etimad göstərmək ən doğru seçimdir”, - deyə vurğulanıb.