Seçki-2024
Xalq ən layiqli namizədə səs verəcək
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) 25 saylı Nizami ikinci seçki dairəsindən deputatlığa namizədi, YAP Sədrinin müavini Əli Əhmədovun Nizami rayon seçiciləri ilə növbəti görüşü keçirilib.
Deputatlığa namizəd Əli Əhmədov Vətən müharibəsinin şəhidi Eltun Vüqar oğlu Qasımovun anası Aygün Qasımovanı doğum günü münasibətilə ziyarət edib.
Əli Əhmədov şəhid ailəsinin qayğıları ilə maraqlanıb, səmimi söhbət aparıb. Qeyd edib ki, şəhid ailələrinə, qazilərə və veteranlara diqqət və qayğı göstərilməsi, onları narahat edən problemlərin həlli dövlət başçısının hər zaman böyük həssaslıqla yanaşdığı və xüsusi diqqət mərkəzində saxladığı məsələdir. Bildirib ki, cəmiyyətimiz Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsini daim uca tutur və onların ailə üzvləri dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunub.
Şəhid ailəsinin üzvləri bildiriblər ki, sentyabrın 1-də keçiriləcək seçkilərdə Əli Əhmədova səs verəcəklər.
Həmin gün Ə.Əhmədov Nizami rayonunda məhəlli görüşlər keçirib, onları maraqlandıran sualları cavablandırıb.