YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Hədəflərə yüksək səviyyədə nail olunur

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 51 saylı Şirvan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Heydər Əsədovun Şirvan şəhər Mədəniyyət Mərkəzində seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov yeni dövrün yeni hədəflərindən bəhs edib. Bildirib ki, ölkəmizin hərtərəfli inkişafı daim əsas məsələlər sırasındadır: “Bunun üçün bütün sahələrdə təkmil islahatların həyata keçirilməsi günümüzün çağırışlarındandır. Yeni Azərbaycan Partiyasının seçki platformasında bu hədəflər əsaslı şəkildə diqqətə çatdırılır”. Zahir Qəhrəmanov deputatlığa namizəd Heydər Əsədov haqqında seçicilərə məlumat verib.

Deputatlığa namizəd Heydər Əsədov Yeni Azərbaycan Partiyasının cəmiyyətdə artan nüfuzundan bəhs edib. Bildirib ki, YAP hər dövrün çağırışlarını özünün seçki şüarlarında diqqətə çatdırır: “Yeni Azərbaycan Partiyası hər bir seçkiyə yeni çağırışlarla qatılaraq ölkəmizin  daha da qüdrətlənməsini, insanların yüksək rifah içində yaşamasının əsas prinsip kimi fəaliyyətinin önündə saxladığını nümayiş etdirir. Partiyanın istər müasir dövrün  tələblərinin özündə ehtiva edən yeni proqramında, istərsə də seçki platformasında əsas hədəflər  açıqlanır. Birlik, həmrəylik göstərərək bu hədəflərə yüksək səviyyədə nail olmaq mümkündür”.

Görüşdə çıxış edənlər bildiriblər ki, xalq Yeni Azərbaycan Partiyasına inanır və onu dəstəkləyir.

Çıxış edənlər seçiciləri 1 sentyabr parlament seçkilərində  yüksək fəallıq nümayiş etdirməyə, Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıblar.

Qeyd edək ki, deputatlığa namizəd Heydər Əsədov şəhid Elman Çıraqovun ailəsini də  ziyarət edib.