Seçki-2024
Daim yeni zəfərlərə doğru
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Mixail Zabelinin Xətai rayonu, Neapol 29/42, həmçinin Məhəmməd Hadi –İlqar Zülfüqarov 87, 89,91,93 ünvanlarında məhəllə görüşləri keçirilib.
Deputatlığa namizəd Mixail Zabelin Azərbaycanın yeni dövrə qədəm qoyduğunu şərtləndirən tarixi Zəfərimizdən, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsindən geniş bəhs edib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində davamlı uğurlara imza atan Azərbaycanı qarşıdakı dövrdə daha möhtəşəm uğurlar gözləyir. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev Ulu Öndərin şah əsəri olan müasir müstəqil Azərbaycanı daim zəfərlərə aparır. Mixail Zabelin seçiciləri parlament seçkilərində fəal olmağa, Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıb.
Seçicilər Yeni Azərbaycan Partiyasına böyük inam, etimad göstərdiklərini önə çəkərək seçkilərdə yüksək fəallıq nümayiş etdirəcəklərini, layiqli namizədə səs verəcəklərini bildiriblər. Yeni dövrə yeni Azərbaycanla birgə addımlamaq üçün səsləri ilə dəstək olacaqlarını vurğulayıblar.
Qeyd edək ki, deputatlığa namizəd Mixail Zabelin Vətən müharibəsi şəhidləri- polkovnik-leytenant Babək Ramaldanovun və mayor Rüfət Əsgərovun ailəsini ziyarət edib.