YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Uğurlarla, qələbələrlə dolu illər

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 116 saylı Qəbələ seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ədilə Əliyeva Qəbələ şəhəri, Heydər Əliyev prospekti 39 ünvanında yaşayan seçicilərlə məhəlli görüş keçirib.

Deputatlığa namizəd Ədilə Əliyeva bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tarixi ədaləti bərpa edərək torpaqlarımızı işğaldan azad edib: “Beləliklə, Azərbaycan dünyada misli görünməmiş Zəfərə imza atıb. Tarixi Zəfərimizlə yanaşı, ölkəmizin məqsədyönlü və milli maraqlara xidmət edən tərəqqi strategiyası Azərbaycanın dünyada söz sahibinə çevrilməsinə gətirib çıxarıb. Respublikada bütün sahələrdə aparılan islahatlar nəticəsində partiyamız da böyük uğurlar qazanıb. İndi ölkəmiz növbəti mühüm ictimai-siyasi mərhələnin astanasındadır. Azərbaycan parlament seçkilərinin keçirilməsinə hazırlaşır”.

Öz növbəsində çıxış edən seçicilər 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.