YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Azərbaycanın tərəqqisi naminə...

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 122 saylı Xankəndi seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Aqil Məmmədovun Xankəndi şəhəri, Kərkicahan qəsəbəsində yaşayan seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. O, Xocalı da daxil olmaqla, işğaldan azad edilmiş ərazilərin dirçəlişindən, bərpa və yenidən qurulmasından danışıb.

V.Əliyev deputatlığa namizəd Aqil Məmmədov haqqında seçicilərə məlumat verib.

Çıxış edən deputatlığa namizəd Aqil Məmmədov YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Yeni Azərbaycan Partiyasının tarixi müstəqil Azərbaycan dövlətinin inkişaf salnaməsidir. Vurğulayıb ki, müasir, müstəqil Azərbaycanın tərəqqisi, möhtəşəm tarixi nailiyyətlər qazanaraq güclü-qüdrətli dövlətə çevrilməsi Yeni Azərbaycan Partiyası ilə bilavasitə bağlıdır.

E.Məmmədov çıxışında Böyük Qayıdış proqramı çərçivəsində Xocalıya qayıdışın keçmiş məcburi köçkünlərdə böyük ruh yüksəkliyi doğurduğunu deyib.

Digər çıxış edənlər uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.