YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

“Seçimimiz qalib dövlətin lider partiyasıdır!”

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Əli Quliyevin YAP Yasamal rayon təşkilatının seçki qərargahında seçicilərlə görüşü keçirilib.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev  qeyd edib ki, Yeni Azərbaycan Partiyası ölkənin siyasi həyatının ən fəal və təşəbbüskar qüvvəsidir. Bildirilib ki, cəmiyyətin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu siyasət bu gün də uğurla davam etdirilir. O, seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.

Deputatlığa namizəd Əli Quliyev Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında məlumat verib. Bildirib ki, Azərbaycan bu seçkilərə dayanıqlı və davamlı ictimai-siyasi sabitliyin fonunda gedir: “Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası cəmiyyətin bütün təbəqələrindən olan insanları öz ətrafında birləşdirib. Bu gün YAP Ümummilli Lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə aparıcı rolunu daha da möhkəmləndirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyamız yeni uğurlara imza atır”.

Təşviqat qrupunun üzvləri Sahib Hüseynov, Şölət Zeynalov və Qiyas Hüseynov çıxış edərək seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıblar.

Seçicilər 1 sentyabr – növbədənkənar parlament seçkilərində YAP-ın namizədini dəstəkləyəcəklərini vurğulayıblar. “Seçimimiz qalib dövlətin lider partiyasıdır!”, - deyə vurğulanıb.