YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

YAP yeni dönəmdə də böyük uğurlara imza atacaq

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 59 saylı Quba seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Əlibala Məhərrəmzadənin rayonun Alpan, Kürkün, Uzunmeşə və Susay kənd seçicilərilə görüşü keçirilib.

Əvvəlcə Alpan kəndində şəhidlərin xatirəsinə ucaldılmış abidə ziyarət olunub, Vətənin qəhrəman övladlarının xatirəsi anılıb.

Görüşdə çıxış edən YAP Quba rayon təşkilatını sədri Fidan Hüseynova qələbələr partiyası olan Yeni Azərbaycan Partiyasının bu seçkiyə “Yeni dövrə yeni Azərbaycanla” şüarı ilə qatıldığını deyib. Rayon təşkilatının sədri Azərbaycanın yeni bir dövrə qədəm qoyduğunu deyib, YAP-ın bu dönəmdə də böyük uğurlara imza atacağına inamını ifadə edib.

Deputatlığa namizəd Əlibala Məhərrəmzadə bu gün Azərbaycanda görülən işlər, bütün sahələrdə əldə olunan uğurları gələcək inkişafımızın zəmanəti kimi dəyərləndirib.  Prezident, YAP Sədri İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində həyata keçirilən islahatların dövlətimizin və xalqımızın təkcə bu gününü deyil, gələcək inkişaf perspektivlərini hədəflədiyi vurğulanıb.

Görüşdə çıxış edən təşviqat qrupunun üzvləri YAP namizədinin parlament seçkilərində qalib gələcəyinə əminliklərini ifadə ediblər.

Qeyd edək ki, deputatlığa namizəd həmin gün şəhid Aqil Məlikov, şəhid Mehti Murtuzov və şəhid Orxan Balayev ailələrini də ziyarət edib.