Seçki-2024
YAP qələbələr partiyasıdır
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Hikmət Məmmədovun YAP Nərimanov rayon təşkilatının qərargahında müxtəlif ünvanlarda yaşayan seçicilərlə növbəti görüşü keçirilib.
Görüşdə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov parlament seçkilərinin önəmindən bəhs edib.
Görüşdə deputatlığa namizəd Hikmət Məmmədov qarşıdakı parlament seçkilərinin xalqın Yeni Azərbaycan Partiyasına inamının növbəti ifadəsi olacağına əminliyini ifadə edərək seçiciləri seçki prosesində fəal iştirak etməyə çağırıb. O, Yeni Azərbaycan Partiyasının seçki platforması haqda məlumat verib və bildirib ki, qələbələr partiyası olan YAP bu seçkiyə “Yeni dövrə yeni Azərbaycanla” şüarı ilə gedir. Bu da o deməkdir ki, ölkəmiz, dövlətimiz yeni bir dönəmə qədəm qoyub və bu dönəmdə də böyük və uğurlu layihələrə partiyamız imza atacaq.
Hikmət Məmmədov hər kəsi seçki prosesində aktiv iştirak etməyə və partiyanın namizədlərini dəstəkləməyə çağırıb.
Görüş iştirakçıları çıxış edərək parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla” şüarı ilə gedən Yeni Azərbaycan Partiyasının namizədi Hikmət Məmmədova səs verəcəklərini bildiriblər.
Qeyd edək ki, Hikmət Məmmədovun Nərimanov rayonu, Təbriz küçəsi 55 və K. Rəhimov küçəsi 3 ünvanlarında yaşayan seçicilərlə də görüşü keçirilib.