YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Yeni Azərbaycan Partiyası monolit siyasi qüvvədir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 4 saylı Naxçıvan şəhər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Eldar İbrahimovun əvvəlcə AMEA Naxçıvan bölməsinin iclas zalında ağsaqqallar və ziyalılarla, daha sonra isə YAP Naxçıvan şəhər təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.

Tədbiri YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli giriş sözü ilə açaraq Yeni Azərbaycan Partiyasının Azərbaycanın siyasi həyatında əvəzsiz rolundan danışıb, partiyanın təkcə ölkəmizdə deyil, Qafqazda yüksək nüfuza malik olduğunu deyib. O, partiya sıralarının gündən-günə artmasının, sosial bazasının daha da möhkəmlənməsinin Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin siyasətinə dəstəyin bariz nümunəsi olduğunu deyib.

Çıxış edən deputatlığa namizəd Eldar İbrahimov YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, Yeni Azərbaycan Partiyasının Azərbaycanın aparıcı siyasi qüvvəsi olduğu kimi, Qafqazda və onun hüdudlarından kənarda da böyük nüfuza malik bir siyasi təşkilat olduğunu vurğulayıb: “Ulu Öndər Heydər Əliyev irsinin layiqli davamçısı İlham Əliyev cənablarının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin edilib. Artıq yeni dövrə qədəm qoymuşuq. Qarşımızda bir çox mühüm hədəflər durur və qüdrətli Azərbaycan dövləti bütün milli məqsədlərin gerçəkləşməsinə nail olacaqdır. Gücünü xalqdan alan partiya daim qalib gələcək”.

Ağsaqqallar və ziyalılarla görüşün iştirakçıları İsmayıl Hacıyev və Məmməd Məmmədov çıxışlarında YAP-ın uğurlarından bəhs edərək seçiciləri Eldar İbrahimova səs verməyə çağırıblar.

Digər görüş iştirakçısı Yusif Hüseynov isə ölkəmizin bugünkü inkişafında Heydər Əliyev ideyalarının və YAP-ın rolunu xüsusi vurğulayıb.