Seçki-2024
Çağdaş tarixin yeni şanlı səhifəsi
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 82 saylı İmişli-Saatlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Səyyad Salahlının seçicilərlə növbəti görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev Yeni Azərbaycan Partiyasının Azərbaycanın ölkənin aparıcı siyasi qüvvəsi olduğunu deyib. O, YAP-ın Azərbaycanın daha da qüdrətlənməsinə, xalqımızın rifah halının yaxşılaşmasına dəyərli töhfələr verdiyini söyləyib.
Çıxış edən deputatlığa namizəd Səyyad Salahlı əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, Azərbaycanın bütün sahələrdə davamlı uğurlara imza atdığını diqqətə çatdırıb S.Salahlının sözlərinə görə, Azərbaycan öz tarixinin ən qüdrətli dövlətinə çevrilib. Prezident İlham Əliyevin özünün qətiyyətli siyasəti ilə xalqımızın şərəf salnaməsinə çevrilən, bizi gələcək nəsillərimiz qarşısında başıuca edən yeni tarix yazdığı qeyd olunub.
S.Salahlı çıxışında seçiciləri 1 sentyabrda seçki məntəqələrinə gedərək xalqa Zəfər sevinci yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıb.