YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Qələbələr partiyası

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 44 saylı Sumqayıt üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Mehriban Vəliyevanın Sumqayıt şəhər 41a, 42, 48- ci məhəllələrində və 12-ci mikrorayonda yaşayan seçicilərlə görüşü keçirilib.

Görüşlərdə çıxış edən deputatlığa namizəd Mehriban Vəliyeva bildirib ki, Prezident İlham Əliyevin güclü siyasi iradəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olunub, üçrəngli dövlət bayrağımız bütün ərazilərimizdə ucaldılıb: “Hazırda ölkəmiz regionda iqtisadi inkişafına görə lider ölkə olmaqla yanaşı, sabitlik və təhlükəsizlik adası olaraq tanınır. Ölkəmizdə dövlətin və cəmiyyətin təhlükəsizliyinin təmin edilməsi prioritet olan hədəflərdəndir”.

Sonra deputatlığa namizəd Mehriban Vəliyeva seçiciləri dinləyib, onların suallarını cavablandırıb.

Daha sonra deputatlığa namizəd Mehriban Vəliyeva şəhid Azər Eyvazovun ailəsini də ziyarət edib.