Seçki-2024
Böyük və şərəfli inkişaf yolu
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 76 saylı Lənkəran-Masallı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Cavanşir Paşazadə Osakücə kənd tam orta məktəbində Osakücə, Sinovli, Moloja kəndlərindən olan seçiciləri ilə görüşüb.
Görüşü giriş sözü ilə açan YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev YAP-ın seçki proqramı haqqında ətraflı məlumat verərək seçiciləri sentyabrın 1-də keçiriləcək parlament seçkilərində fəallıq göstərməyə çağırıb.
Daha sonra çıxış edən Cavanşir Paşazadə ölkə başçısı İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət, həyata keçirilən hərtərəfli islahatlar və sosial layihələr haqqında ətraflı məlumat verib.
Görüşdə çıxış edən seçicilər YAP-ın namizədini dəstəklədiklərini və deputatlığa namizəd Cavanşir Paşazadəyə səs verəcəklərini bildiriblər.
Daha sonra namizəd Cavanşir Paşazadə YAP Lənkəran rayon təşkilatının qərargahında da seçicilərlə görüşüb.