YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Azərbaycanın parlaq gələcəyi naminə

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 26 saylı Sabunçu birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Afaq Hacıyevanın YAP Sabunçu rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu daxili və xarici siyasət, siyasi-iqtisadi islahatların şaxələndirilməsi nəticəsində Azərbaycan nəinki regionun, bütövlükdə dünyanın ən sabit inkişaf tempinə malik dövlətləri sırasında yer aldığını ifadə edib. O, deputatlığa namizəd Afaq Hacıyeva haqqında seçicilərə məlumat verib.

Çıxış edən deputatlığa namizəd Afaq Hacıyeva əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından geniş bəhs edib. Bildirib ki, xalqın etimadını real fəaliyyəti ilə doğruldan YAP növbəti seçkilərə də ciddi hazırlaşır.

A.Hacıyeva çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.

Seçicilər parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.