YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Yeni hədəflərə yeni uğurlarla

Sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 79 saylı Astara seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Rəşad Mahmudov YAP Astara rayon təşkilatında seçicilərilə görüşüb.

YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası ölkəmizin və regionun ən güclü siyasi təşkilatıdır: “Ulu Öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan Yeni Azərbaycan Partiyası yarandığı gündən bəri böyük və şərəfli inkişaf yolu keçib. Bu partiya xalqa və dövlətçiliyə layiqli xidmət edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP ölkəmizin ictimai-siyasi proseslərində mühüm rol oynayır”. O qeyd edib ki, bu gün Yeni Azərbaycan Partiyasının mövqeyi cəmiyyətdə çox güclüdür və bunun da ciddi əsasları var.

Deputatlığa namizəd Rəşad Mahmudov isə çıxışında Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında geniş məlumat verib. O, bildirib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurları keçdikcə artır.

Tədbir iştirakçılarından Adil Rzayev çıxış edərək Yeni Azərbaycan Partiyasına olan etimadını ifadə edərək, öz səsvermə hüququndan istifadə edəcəyini bildirib.

Çıxış edən seçicilər 1 sentyabrda Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə YAP namizədinə səs verəcəklərini ifadə ediblər.

Qeyd edək ki,  Astara şəhəri S.Vurğun küçəsində məhəlli görüş keçirilib.  Eyni zamanda antiterror tədbirlərində şəhid olan Əli Babazadənin ailəsi ziyarət olunub.