YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Müdrik siyasətin davamına səs verək!”

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 62 saylı Kürdəmir seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Yadigar Kazımova Kürdəmir şəhəri, Soltan Şıxəliyev və Cəfər Cabbarlı küçələrindəki ünvanlarda yaşayan seçicilərlə məhəlli görüşlər keçirib.   

Görüşləri giriş sözü ilə açan YAP Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlardan, gələcək hədəf və perspektivlərdən, xalqın Yeni Azərbaycan Partiyasına yüksək inam və etimadından danışıb. Qeyd edib ki, qarşıdan gələn parlament seçkiləri ölkəmizin ictimai-siyasi həyatında mühüm əhəmiyyət kəsb edir.

O, deputatlığa namizəd Yadigar Kazımova haqqında seçicilərə məlumat verib.

Deputatlığa namizəd Yadigar Kazımova YAP-ın seçki platforması barədə məlumat verib. O, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasi kursun Azərbaycana cox böyük uğurlar qazandırdığını real faktlarla seçicilərin diqqətinə çatdırıb. Qeyd olunub ki, YAP qarşıdakı dövrdə də sahib olduğu resurslardan, ictimai-siyasi nüfuzundan istifadə edərək müasir və qüdrətli Azərbaycanın gələcəyi naminə milli tərəqqiyə xidmət edən vəzifələrin yerinə yetirilməsinə öz layiqli töhfələrini verəcəkdir.

Seçicilər Lazım Veysəlov, Minayə Qasımova və Kəmaləddin Bəkirov sentyabrın 1-də keçiriləcək seçkilərdə YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.