YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Düzgün seçim - xoşbəxt gələcək

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 49 saylı Abşeron ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Faiq Xudayevin YAP Abşeron rayon təşkilatının qərargahında seçicilərlə növbəti  görüşü keçirilib.

Görüşdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatılan Yeni Azərbaycan Partiyasının yüksək səviyyədə təşkil olunan təşviqat kampaniyası barədə məlumat verib. Müstəqillik tarixinin ən güclü dövrünü yaşayan Azərbaycan xalqının YAP-a olan inamından bəhs edən təşkilat sədri partiyanın bu seçkilərdə də mütləq qələbə qazanacağına əminliyini ifadə edib.

Deputatlığa namizəd Faiq Xudayev YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Bildirib ki, ölkəmizin belə yüksək inkişaf tempi ilə irəliləməsində YAP-ın rolu danılmazdır. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı və inkişaf istiqamətlərini müəyyənləşdirdiyi YAP bütün fəaliyyətini xalqımızın maraqlarına uyğun şəkildə qurur və Azərbaycan dövlətçiliyinin inkişafına həsr edir.

Tədbirdə təşviqat qrupunun üzvü Məhəmməd Nəcəfli, İlahə Paşayeva və başqaları seçiciləri Azərbaycanın bugünkü uğurlarına müvəffəq olan YAP-ın namizədinə səs verməyə dəvət ediblər.